Misirin yeni Baş prokuroru təyin edildi
10 İyul 2013 Çərşənbə 22:33
Abdel Mequidi Hişam Berekatı əvəzləyib.
Misir Ali Məhkəmə Şurası Hişam Berekatı ölkənin yeni baş prokuroru təyin edib. Misirin sabiq baş prokuroru Abdel Mequid dünən rəsmən istefa verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdel Mequid istefa verməsinin səbəbini ordunun dinc insanlara atəş açmasını göstərib.
Xatırladaq ki, Misir hərbçiləri bir müddət əvvəl Konstitusiyanın fəaliyyətini dayandırıb, prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar prezidenti seçkilərini vəd edib.
DOSTLARINLA PAYLAŞ: