Misirin vitse-prezidenti təyin edilib
29 Yanvar 2011 Şənbə 21:40
Kəşfiyyat rəhbəri Hüsnü Mübarəkin yardımçısı olacaq.
Misirə yeni vitse-prezidet təyin edilib. Bu gün Misir prezidenti Hüsnü Mübarəkin keçirdiyi fövqəladə iclas nəticəsində Misir kəşfiyyatının rəhbəri Ömər Süleyman vitse-prezident seçilib.

Qeyd edək ki, bir sıra analitilklər hesab edir ki, Hüsnü Mübarək öz səlahiyytərini məhz Ömər Süleymana təslim edə bilər.

Hazırda isə Qahirədə gərginlik səngimək bilmir. Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, hazırda ölkədə nümayişçilərin çox geniş vüsət alan oğrular təhlükə yaratmağa başlayıb.

Qahirənin zəngin və bir çox səfirlik, diplomatik nümayəndəlik və KİV-in yerləşdiyi Zamalyok rayonunda kütləvi oğurluq halları müşahidə olunur.

Qahirə və İsgədəriyyədə küçələrində polis olmadığından bina və özəl mülkiyyətin qorunması məqsədi ilə xalq dəstələri yaradılır. anspress






DOSTLARINLA PAYLAŞ:

oyunlar