Misirin sabiq prezidenti Mehemmed Mursi ölüb?
14 İyul 2013 Bazar 03:38
Mehemmed Mursinin harada saxlanması barede melumat verilmir.
On gün öncə Misir ordusu tərəfindən devrilən prezdent Məhəmməd Mursi tərəftarlarına onun harada saxlanması və onunla necə rəftar edilməsi barədə bir məlumat verilmir. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl ölkə rəsmiləri ictimaiyyətə açıqlama verərək bəyan ediblər ki, sabiq prezident və onun ailəsi hazırda Respublika Gözətçiləri Qərargahınada saxlanılır. Amma bəzi məlumatlara görə isə M. Mursi və onun ailəsi Misirin paytaxtı Qahirədə orduya məxsus hərbi hissədə saxlanılır.

Hazırda bir cox siyasətçi hesab edir ki, əgər Məhəmməd Mursinin azadlığa buraxılsa, ölkədə yaşanan siyasi böhran tezliklə həll olunacaq.

Qeyd edək ki, Misirin baş prokuroru Hişam Berekatı “Müsəlman Qardaşlar” hərəkatının nümayəndəsi Məhəmməd Mursini, casusluqda, ölkə iqtisadiyyatına zərbə vurmaqda, partlayıcı maddə saxlamaqda, ölkənin suverenliyi və milli təhlükəsizliyi üçün təhlükə yaratmaqda ittiham edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar