Misirin müvəqqəti prezidenti parlamentin yuxarı palatasını buraxdı
05 İyul 2013 Cümə 21:50
Ədli Mansur buna dair fərman imzalayıb.
Misirin müvəqqəti prezidenti Ədli Mansur parlamentin yuxarı palatası olan Məsləhət şurasının buraxılmasına dair fərman imzalayıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Məsləhət şurası müvəqqəti olaraq bütün qanunverici funksiyaları yerinə yetirirdi.
Bu çərşənbə günü isə Misir ordusu prezidenti hakimiyyətdən salaraq Konstitusiya məhkəməsinin sədri Ədli Mansuru ölkənin dövlət başçısı vəzifələrini müvəqqəti icra etməyi tapşırmışdı.
DOSTLARINLA PAYLAŞ: