Misirin Müdafie nazirinden şok telimat
16 Avqust 2013 Cümə 10:27
Sisi, orduya aksiyaların dağıdılması üçün esl güllelerden istifade emri verib.
Ordunun Mursi dəstəkçilərinə müdaxiləsinin yüzlərlə vətəndaşın ölümü ilə nəticələnməsi ölkədə gərginliyi daha da şiddətləndirib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Misirin müdafiə naziri, Abdel Fattah Əl-Sisinin aksiyaların dağıdılması üçün odlu silahdan istifadə etmək üçün əmr verdiyi məlum olub.

Misir Daxili İşlər Nazirliyi Sisinin təlimatına əsaslanaraq, yaydığı açıqlamada qeyd edir ki, “Müsəlman Qardaşları”nın təşkil etdiyi hücumlar zamanı polis mərkəzlərinin və hökumət binalarının yandırılmasını nəzərə alaraq təhlükəsizlik qüvvələrinə, hər hansı bir hücuma məruz qalacaqları təqdirdə qanunun müdafiəsi çərçivəsində əsl güllələrdən istifadə təlimatı verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar