Misirin kəşfiyyatı iranlı diplomatı həbs etdi
29 May 2011 Bazar 05:04
Seyid Kazım əl-Hüseyni casusluqda şübhəli bilinir.
Misirin kəşfiyyat xidmətinin əməkdaşları iranlı diploamat Seyid Kazım əl-Hüseynini casusluq şübhəsi ilə həbs ediblər. Misir “Əl Yaum əs-Sabiyə” qəzetinin məlumatına görə, diplomat Misir və Fars körfəzi ölkələri barəsində iqtisadi, siyasi və hərbi xarakterli məlumatlar toplayırmış. O, topladığı informasiyaları Tehrana ötürüb.

“Əl Ərəbiyyə” telekanalının məlumatına görə, iranlı diplomat Misirdə təhlükəsizilklə bağlı son vaxtlar yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edib və casusluq fəaliyyətini aktivləşdirib.

Prokurorluq iranlı diplomatı dindirməyə başlayıb. Müstəntiqlər onun qurduğu casusluq şəbəkəsinə kimlərin daxil olduğunu aydınlaşdırmağa çalışırlar.

Qeyd edək ki, Qahirə və Tehran arasında hərtərəfli diplomatik əlaqələr yoxdur. Hər iki ölkənin paytaxtında öz ölkəsinin maraqlarını yalnız kiçik bölmələr təmsil edir.

Misir İsraillə sülh bağlayandın sonra - 1980-ci ildə İran Qahirə ilə diplomatik münasibətləri pozub. Son illər ölkələr arasında münasibətlər qismən yaxşılaşıb. Ötən ilin oktyabrında iki ölkə arasında 30 il əvvəl dayandırılmış hava nəqliyyatı bərpa edilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar