Misirin ən qədim ehramı uça bilər
09 Avqust 2011 Çərşənbə Axşamı 11:18
Piramidada təcili bərpa işlərinə başlanıb
Misirin ən qədim ehramı Coser dağılma təhlükəsi ilə üzləşib. Bu səbəbdən abidədə bərpa işləri yenidən başlanıb. ANS PRESS "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin qədim abidələr üzrə yüksək şurasının rəhbəri Məhəmməd Abdul Maqsud bildirib.
Onun sözlərinə görə, yerli hakimiyyət ehramın dağılmasının qarşısını almaq üçün mədəni abidələrin mühafizəsi ilə bağlı olan digər layihələrdən imtina etməyi qərara alıb. Avqustun 7-də komitə fond təsis edib və fonda yığılan vəsaitlər ehram sərdabəsinin bərpasına göndəriləcək.
Bundan əvvəl bərpa işləri maliyyə çatışmazlığı üzündən dayandırılmışdı. Bildirilir ki, ehramların daxilində xırda dağılmalar müşahidə edilir.
Qahirədən 30 kilometr aralıda yerləşən Sakkar məntəqəsində yerləşən Coser ehramı Misir ərazisində tikilmiş ilk ehramdır. O, bizim eradan əvvəl 2650-ci ildə inşa olunub. Hazırda bu, ölkənin ən qədim daş tikilisidir. Ehramın hündürlüyü 60 metri keçir.
DOSTLARINLA PAYLAŞ: