Misirin ən fanat üsyançısı
23 Fevral 2011 Çərşənbə 01:56
Misirli ata yeni doğulan qızına ölkədə xalq hərəkatının təşkilatçısı olan sosial şəbəkənin adını verdi.
Misirli ata dünyaya yeni gələn qızına Feyzbuk (Facebook) adını verdi. Misirin “Əl Ahram” qəzetinin verdiyi məlumata görə, 20 yaşlı Camal İbrahim bu addımı ilə xalq hərəkatının təşkilatçısı hesab olunan ictimai şəbəkə saytını şərəfləndirib. Qeyd edək ki, Misirin paytaxtı Qahirənin “Ət Təhrir” meydanında sosial şəbəkə saytları “Facebook” və “Twitter”in təşkilatçılığı ilə yanvarın 25-də başlayan xalq üsyanı prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: