Misirden Türkiyeye qarşı şok qerar
29 İyul 2013 Bazar Ertəsi 02:18
Misire geden türkler serhed buraxılış menteqesinde viza ala bilmeyecek.
Rəsmi Qahirə sərhəd buraxılış məntəqələrində Türkiyə vətəndaşları üçün viza almağı asanlaşıdran qaydanı bir tərəfli ləğv edib. Türkiyənin Qahirədəki səfirliyinin verdiyi məlumata görə, bir çox ölkədə tətbiq olunan bu qayda Türiyə vətəndaşı olan türkləri çıxılmaz vəziyyətə salıb. Belə ki, 50-yə yaxın ölkədən Misirə uçamağa hazırlaşan türk, pasportlarında bu ölkənin vizası olmadığından təyyarəyə buraxılmayıb.

Qeyd edək ki, sabiq prezident Hüsnü Mübarəkin dövründə qəbul edilən qərara görə, Misirlə Türkiyə arasında hər iki ölkə vətəndaşlarının qarşılıqlı gediş-gəlişlərdə sərhəddə viza almasını asanlaşdıran qaydalar vardı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar