Misirdən İsrailə gedən qaz kəməri partladılıb
05 Fevral 2011 Şənbə 14:25
Partlayışdan sonra yanğın başlayıb
İğtişaşların hələ də davam etdiyi Misirdə qaz kəməri partladılıb. Hadisə Şimali Sinay əyalətindəki Əl-Ariş şəhərinin yaxınlığında baş verib. ANS PRESS-in “Reuters"ə istinadən verdiyi xəbərə görə, boru ilə qazın nəqli dayandırılıb. Partlayışdan sonra yanğın başlayıb.
İlkin məlumata görə, hadisəni naməlum şəxslər törədiblər. Şimali Sinay əyalətinin qubernatorunun sözlərinə görə, partlayış baş verən yerə yaxın yerləşən qaz stansiyası zərər çəkməyib. Həmçinin, yaxınlıqdakı yaşayış yerlərinə də heç bir ziyan dəyməyib.
Qeyd edək ki, müxtəlif mənbələrdə boru ilə İsrailə, ya da İordaniyaya qaz nəql edildiyi qeyd edilir.
DOSTLARINLA PAYLAŞ: