Misirdəki qarşıdurmada 7 nəfər ölüb
01 İyul 2013 Bazar Ertəsi 07:12
Ölkənin Səhiyyə Nazirliyi 600 nəfər yaralının olduğunu açıqlayıb.
Bu gün səhər Misirdə prezident Məhəmməd Mursinin tərəfdarları və əleydarları arasında yaranan qarşıdurmada azı 7 nəfər ölüb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, onlardan 5 nəfəri paytaxt Qahirənin cənub hissəsində vəfat edib. Daha 2 nəfər isə hakim “Müsəlman qardaşları” partiyasının qərargahına hücum zamanı həyatına son qoyub.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 600 nəfər yaralı var.
ANS PRESS-in “Euronews”a istinadən verdiyi məlumata görə, mitinqin təşkilatçıları arasında “Təmərrud” gənclər hərəkatının fəalları da var. Onlar bildirir ki, son 2 ay müddətində ölkə başçısı Məhəmməd Mursinin istefaya getməsi üçün 22 milyon imza toplayıblar.
Bu arada, Məhəmməd Mursi tutduğu postdan istefa verməyəcəyini bildirib. Ancaq bununla belə, o, dialoqa hazır olduğunu vurğulayıb. Misir müxalifəti bir qədər əvvəl ölkə başçısına hakimiyyətdən getməsi üçün 2 gün vaxt vermişdilər.
DOSTLARINLA PAYLAŞ: