Misirdəki hərbi çevrilişin memarı danışdı
14 İyul 2013 Bazar 15:03
Nəcip Saviris: Mən elədiklərimə görə utanmıram.
Misirdəki hərbi çevrilişin əvvəlcədən planlaşdırıldığı və Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında xarici və daxili qüvvələrin əlinin olduğu məlumdur. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi çevrilişi dəstəkləyənlərdən biri Nəcip Saviris Misirdə baş verənlərlə bağlı olaraq ilk dəfə açıqlama verib.

Misirin ən varlı adamlarından Nəcip Saviris əvvəəlcədən hərbi çevrilişi planlaşdırdığını “Nyu York Tayms” qəzetinə verdiyi açıqlamada etiraf edib. O, ölkədəki Liberal Partiyaya aid bütün təşkilatları üsyan üçün hazırladığını, televiziya kanalları və qəzetlər ilə ölkədə hərbi çevrilişə uyğun atmosferin hazırlanması üçün razılaşdığını bildirib. Saviris hətta özünün televiziya kanalında tez-tez yayımlanan hərbi çevrilişdən bəhs edən videoçarxın hazırlanmasında şəxsən iştirak etdiyini də qeyd edib.

Misirdə küçələrə tökülən Mursi əleydarlarına pul payladığını da etiraf edən Saviris etdiklərinən peşiman olduğunu və utanmadığını bildirib: “Üsyançılar onlara dəstək verənin kim olduğunu bilmədi. Amma mən elədiklərimə görə utanmıram”.

Qeyd edək ki, 59 yaşlı Nəcib Savirisin 2,5 milyar dollar sərvəti olduğu deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar