Misirdəki etiraz aksiyalarında 45 nəfər ölüb
29 Yanvar 2011 Şənbə 18:15
2 mindən çox aksiya iştirakçısı isə yaralanıb.
Misirin İsgəndəriyyə şəhərində aksiya iştirakçıları ilə polislər arasında yaranmış qarşıdurmada 20 nəfərin ölüdyü bildirilir. Yaralıların sayı barəsində isə məlumat yoxdur. Bu barədə “Əl-Cəzirə” kanalı hadisə yerində olan müxbirinə istinadən məlumat verib.
Misirin Səhiyyə Nazirliyinin açıqlamasında isə bildirilir ki, son iki gündə aksiyalar zamanı 38 nəfər ölüb, 2 min nəfər yaralanıb. Ümumilikdə isə aksiyalar başlayan gündən ən azı 45 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, Misirdə hakimiyyət əleyhinə irimiqyaslı etiraz aksiyaları başlayıb. Misirin paytaxtı qahirə şəhərindən başlanan aksiyalar qısa müddətdə ölkənin digər şəhərlərində davam etdirilib. Aksiya iştirakçıları Misir prezidenti Hüsnü Mübarəkin istefasını tələb edirlər. Hakimiyyət aksiyanı dağıtmaq üçün ölkə üzrə fövqəladə vəziyyət eldan edib, şəhərlərə iri hərbi texnikalar yeridib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: