Misirdə yenə etiraz aksiyası keçirilib
01 Aprel 2011 Cümə 20:03
Etirazçıların bu dəfə Hüsnü Mübarək administrasiyası üzvlərinin cəzalandırılmasını tələb edirlər.
Misirdə bu gün minlərlə insan paytaxt Qahirənin Təhrir meydanına yığışıb. Bu dəfə aksiya iştirakçılarının Misirdəki ordu hökumətindən tələbi sabiq ölkə başçısı Hüsnü Mübarək administrasiyası üzvlərinin qəti olaraq cəzalandırılmasıdır.
Etiraz aksiyası 25 yanvarda Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyan mitinqlərə başlamış Gənc İnqilabçılar Koalisiyası tərəfindən təşkil edilib. Aksiya iştirakçıları Mübarək administrasiyasının sabiq üzvləri, xüsusən də parlamentin keçmiş spikeri Fəthi Serour, prezident sarayının başçısı Zəkəriyyə Əzmi və hakim partiyanın sabiq baş katibi Səfvət əl Şərifin məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Etirazçılar həmçinin Mübarək və onun yaxın ətrafının mənimsədiyi və xaricdə saxlanılan pul və aktivlərin geri qaytarılması istiqamətində sərt tədbirlərin həyata keçirilməsini tələb edir.
Aksiyada iştirak edənlər arasında Misir müxalifətinin üzvlərinin daxil olduğu Milli Dəyişiklik Assambleyasının üzvləri də olub. Assambleyanın əsas tələblərindən biri konstitusiyaya dəyişiklərin edilməsi və ölkədə sosial ədalətin nail olunmasıdır. Təşkilat üzvlərindən Məhəmməd Əl-Xodye “Biz həmin keçmiş rəsmilərin ədalət məhkəməsinə çıxarılmasını, onların əmlakının müsadirə edilməsini və İsrailə qaz ixracatını dayandırılmasını istəyirik” - deyə bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: