Misirdə vəziyyət qarışır, 8 ölü
26 Yanvar 2013 Şənbə 11:19
Süveyş şəhərinə zirehli texnika yeridilib.
Bu gün Misir hökuməti nümayiş,etiraz aksiyası və polislə qarşıdurmaların yaşandığı Süveyş hərbi birləşmələr çıxarıb. "Reuters"in məlumatına görə, toqquşmalar nəticəsində 8 nəfər ölüb, onlardan biri polisdir.
Ötən gün baş verən hadisəlrədə isə ümumilikdə 9 nəfər həyatını itirib. Rəsmi məlumata görə, daha 456 nəfər isə yaralanıb. Şahidlərin sözlərinə görə, insanlara atəşi üzü bağlı bir nəfər açıb. Sonra isə polis cavab atəşi açıb.
Misirin güc sturukturlarındakı mənbələrin sözlərinə görə, şəhərə zirehli texnika hökumət binalarını mühafizəsi üçün yeridilib.
Qeyd edək ki, Misir inqilabıınikinci ildönümü münasibəti ilə küçələrə çıxıblar. Misir prezidenti Məhəmməd Mürsi isə əhaliyə müraciətlə zorakılığa son qoymağa və dinc aksiya etməyə cağırıb. O, həmçinin qanunu pozanların məsuliyyətə cəlb ediləcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: