Misirdə vətəndaş müharibəsinin ilk işartıları
10 İyul 2013 Çərşənbə 14:27
Polislə vətəndaşlar arasında toqquşma baş verib.
Misirin Sina yarımadasındakı hərbçilərlə polislərin olduğu posta naməlum şəxslər tərəfindən hücum olub.
ANS PRESS Türk mətbuatına istinadən xəbər verir ki, Sinanın Nahal şəhərində yerləşən posta yaxınlıqdan keçən naməlum avtomobildən atəş açılması nəticəsində 2 mülki vətəndaş həlak olub, 3-ü əsgər olmaqla, 7 nəfər də yaralanıb. Yaralıların Süveyş Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Hücumla əlaqədar rəsmi orqanlar tərəfindən hələlik heç bir məlumat verilməyib.
Misir mətbuatı isə qeyd edir ki, ordunun hakimiyyəti devirməsindən sonra Sinanın Qəzza sərhədindəki Əl-Ariş, Rifah və Əş-Şeyx Züveyd şəhərlərində ordu və polisə aid nəzarət məntəqələri silahlı qruplar tərəfindən hədəf alınır.
DOSTLARINLA PAYLAŞ: