Bunlardan 43 neferinin polis olduğu bildirilirdi.
Misirdə Mürsi tərəfdarları ilə polis arasında gedən toqquşmalar zamanı ölənlərin sayı artır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həlak olanların sayı 525-ə çatıb.
Bundan əvvəl isə 464 nəfərin oldürüldüyü, bunlardan da 43-nün polis olduğu bildirilirdi. İslamçılar Misir Daxili İşlər Nazirliyinin və ordunun onlara qarşı odlu silahdan istifadə etdiklərini bildirirlər.
Nümayişçilər sıralarında təxminən 3 min nəfərin öldüyünü bildirir. Misir hakimiyyəti fövqəladə vəziyyət və komendant saatı elan edib. Vəziyyət sabitləşənədək komendant saatının davam edəcəyi gözlənilir.