Misirde toqquşmalar zamanı 278 nefer ölüb
15 Avqust 2013 Cümə Axşamı 09:47
Qarşıdurmalar zamanı 2 minden çox insan yaralanıb.
Misirin Səhiyyə Nazirliyi ölkədə bu gün 235 vətəndaşın toqquşmalar zamanı həyatını itirdiyini açıqlayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşıdurmalar zamanı 2 mindən çox insan yaralanıb.
Daxili İşlər naziri Məhəmməd İbrahim isə hadisələrdə 43 polisin öldüyünü söyləyib.
“Müsəlman qardaşları”nın nümayəndələrinin iddialarına görə isə, ölənlərin sayı 2,2 min nəfərə çatıb, 10 min nəfər isə yaralanıb.
DOSTLARINLA PAYLAŞ: