Misirde şok: 460 aksiyaçı öldürüldü
14 Avqust 2013 Çərşənbə 14:41
Toqquşmalarda 460 neferin öldüyü, 5 min neferin ise yaralandığı iddia olunur.
Misirdə artıq 6 həftədir ki, hökumətə qarşı keçirilən oturaq etirazlar ölkənin milli təhlükəsizliyinə qarşı hədə mənbəyinə çevrilib. Bu barədə Misirin Müdafiə Nazirliyi bəyanat yayıb və etirazçıları növbəti dəfə aksiyalara son qoymağa çağırıb.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin aksiya iştirakçıları Misirin Müdafiə Nazirliyi məlum xəbərdarlığına məhəl qoymayıblar. Nəticədə Misir polisi səhər saatlarında Rabiatul Adeviyye meydanına daxil olaraq meydana toplaşanları boşaltmağa başlayıblar. Bu vaxt tərəflər arasında qarşıdurma baş verib. Son məlumata görə, baş verən toqquşmalarda çox sayda insan tələfatı olub. Müxtəlif mənbələrdə ölü sayının 170, 250, 460 nəfər, yaralı sayının isə 5 min nəfər olduğu bildirilir.

Ancaq bütün bu qanlı olaylara baxmayaraq devrilmiş prezident Məhəmməd Mursi və “Müsəlman qardaşları” partiyasının tərəfdarları aksiyalara davam etdirəcəklərini açıqlayıblar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar