Mayın 17-də axşam saatlarında Misirin paytaxtı Qahirənin şərqində yerləşən İsmailiyyə şəhərindəki silah anbarında partlayış baş verib. Bəzi məlumatlara görə, Əbu-Sultan bazasında baş vermiş partlayış ölümlə nəticələnib. "Reuters" agentliyinin məlumatına görə isə hadisə nəticəsində ölən olmayıb.
Hələlik partlayışın səbəbləri bəlli deyil. Terror versiyası istisna deyil. Hadisədən sonra şəhərə gedən yollar bağlanıb./ANS PRESS/