Misirdə referendumun ilkin nəticələri açıqlanacaq
20 Mart 2011 Bazar 18:32
İlkin hesablamalara görə, vətəndaşların 79 faizi konstitusiyanın mətninə dəyişikliklərin edilməsinə “hə” deyib.
Misirdə ölkə konstitusiyasına düzəlişlərin edilməsi ilə bağlı ötən gün keçirilmiş referendumun ilkin nəticələri bu gün axşam açıqlanacaq. Hələlik ilkin hesablamalara görə, səsvermədə iştirak edən seçicilərin 79 faizi konstitusiyanın mətninə dəyişikliklərin edilməsinə “hə” deyib.

Səsvermə prosesi ümumilikdə sakit şəkildə keçsə də, xoşəgəlməz hallar da yaşanıb. Belə ki, bir qrup qəzəbli seçici Qahirənin Mokkatam rayonundakı seçki məntəqəsinə gələn MAQATE-nin sabiq başçısı Məhəmməd əl-Baradeyə daş atıb. Kütlə həmçinin əl-Baradeyinin ünvanına təhqiramiz ifadələr işlətməkdən də çəkinməyib. Nəticədə sabiq MAQATE sədri səsini vermədən çıxıb gedib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar