Misirdə quş qripindən ölüm faktı qeydə alınıb
02 Dekabr 2010 Cümə Axşamı 17:50
Bu il A/H5N1 virusu 10 nəfərin həyatına son qoyub
Misirdə daha bir nəfər quş qripindən dünyasını dəyişib. Bu barədə CNNTürk yerli mətbuata istinadən xəbər yayıb. Xəbərə görə, Nil deltasındakı Dahaliyə şəhərində dünən vəfat edən şəxsin ölüm səbəbləri araşdırılarkən, onun A/H5N1 virusundan dünyasını dəyişdiyi aşkarlanıb.

Qeyd edək ki, Misirdə quş qripinin aşkar edildiyi 2006-cı ildən bu yana bu virusdan 95 adam həlak olub. Bu il isə virus 10 nəfərin həyatına son qoyub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar