Misirde qarşıdurma baş verib: 44 ölü, 240 yaralı
07 Oktyabr 2013 Bazar Ertəsi 10:34
Devrilən prezident Məhəmməd Mursinin tərəfdarlarına qarşı polis silahadan istihadə edib.
Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında qarşıdurmalar bazar günüdə davam edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, baş verən qanlı qarşıdurmalar zamanı 44 nəfər həyatını itirib, 240-yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə rəsmi məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. Ölüm faktlarının 40-ı Qahirədə baş verən toqquşmalarda qeydə alınıb.

Qeyd edək ki, Misirdə baş verən qanlı toqquşmalar ölkənin sabiq prezidenti Məhəmməd Mursi ilə onu tutduğu vəzifədən devirən general Əbdülfəttah Əl Sisinin tərəfdarları arasında baş verir. Misir Daxili İşlər Nazirliyi toqquşmalarda 423 Mursi tərəfdarının saxlanıldığını bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar