Misirde qan su yerine axır
17 Avqust 2013 Şənbə 03:40
"Qezeb günü"nde aksiya iştirakçıları ile polis arasında qarşıdurmalarda ölenlerin sayı 91 nefere çatıb.
Cümə günü Misirdə islamçılarla güc strukturları arasında baş vermiş qarşıdurmada ölənlərin sayı 91 nəfərə çatıb. ANS PRESS-in Reuters-ə istinadən verdiyi məılumata görə, bunadək Misirdə toqquşmalarda ümumilikdə 60 nəfərin öldüyü bildirilirdi. Misirin islamçı müxalifəti cümə gününü "qəzəb günü" elan etmişdi. İslamçılar hərbçiləırin ölkədə çevriliş etməsinin əleyhinə olaraq "Milyonların marşı" təşkil etməyə qərar verib.

Polis isə öz növbəsində nümayişlərin amansızlıqla dağıdılacağını bildirmişdi. Bununla belə Misirin böyük şəhərlərinin küçələrinə minlərlə etirazçı çıxmışdı.

Paytaxt Qahirə və digər şəhərlərdə polislə etirazçılar arasında amansız qarşıdurma başlamışdı. Polis aksiya iştirakçılarına qarşı göz yaşardıcı qaz və döyüş güllələrindən istifadə edib. Nümayişçilər tərəfindən də odlu silahdan qarşı tərəfə atəş açılıb.

Gecə saatlarında isə "Müsəlman qardaşları" hərəkatı tərəfdarlarını cümə gününə olan aksiyanı dayandırmağı, ancaq həftə ərzində hər gün bu cür aksiyalara çıxmağa çağırmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar