Misirde polisler qetle yetirildi
19 Avqust 2013 Bazar Ertəsi 12:32
Hücumun bir qrup silahlı şexs terefinden heyata keçirildiyi bildirilir.
Misirdə baş verən hadisələrdən sonra təhlüksəzilik qüvvələrinə qarşı hücumlar başlayıb.
ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Misirin Rəfah şəhərinin yaxınlığında iki polis avtobusun partladılması nəticəsində 24 polis əməkdaşı ölüb, çoxlu sayda polis isə yaralanıb.
Misir Daxili İşlər Nazirliyi, hücumun bir qrup silahlı şəxs tərəfindən həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Məhəmməd Morsinin iyul ayında prezidentlikdən kənarlaşdırılmasından bu günə kimi Sinai yarımadasında zorakılıq aktlarının artması müşahidə edilir.
DOSTLARINLA PAYLAŞ: