Misirdə ölənlərin sayı 150 nəfərə çatıb
30 Yanvar 2011 Bazar 18:20
Qahirənin mərkəzindəki Tarxir meydanına toplaşanların ardı-arası kəsilmir.
Misirdə 6 gün ərzində ölənlərin sayı 150 nəfərə çatıb. 1100-dən çox yaralanan var. Qahirənin mərkəzindəki Tarxir meydanına minlərlə insan toplaşıb. Bu gün etiraz aksiyalarının 4-cü günüdür və aksiyalara yüzlərlə hakimin qoşulduğu bildirilir. Meydana toplaşanların ardı-arası kəsilmir.
İsgəndəriyyə və Süveyş şəhərlərində də analoji vəziyyət hökm sürür. Bu şəhərlərdə zirehli texnika və hərbçilər mühüm əhəmiyyətli obyektlərin keşiyini çəkir. Hərbçilər də xalqın tərəfinə keçib, iğtişaşlarda ölənlər isə yalnız polislə toqquşma zamanı həlak olub.
Misir xalqı kəşfiyyat xidmətinin rəhbəri Omar Süleymanın vitse-prezident təyin edilməsindən də razı olmadıqlarını bəyan edir. Bu saatlara qədər toqquşma qeydə alınmayıb, etiraz aksiyaları hələ ki, dinc keçir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: