Misirdə Mursinin 529 tərəfdarına ölüm cəzası verildi
24 Mart 2014 Bazar Ertəsi 13:25
“Müsəlman Qardaşları” Hərəkatının üzvlərinin məhkəmə prosesi keçirilib.
Misirdə sabiq prezident, “Müsəlman Qardaşları” Hərəkatının lideri Məhəmməd Mursinin 529 tərəfdarı ölüm cəzasına məhkum olunub.

ANS PRESS-in "Reuter"ə istinadla verdiyi məlumata görə, ölüm hökmü 529 hərakat üzvünə şamil edilib.

"529 nəfər haqqında ölüm hökmü verilib, 16 nəfər isə bəraət alıb", deyə vəkil Əhməd aş-Şərif bildirib. Məhkəmə hökmünə qarşı şikayət veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 25-də Misirin Nazirlər Kabineti "Müsəlman qardaşları" təşkilatını terror təşkilatı elan edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar