Misirdə Konstitusiya Assambleyası çağırılır
02 Sentyabr 2013 Bazar Ertəsi 07:33
Konstitusiya dəyişikliyindən sonra Misirdə parlament və prezident seçkiləri keçiriləcək.
Misirdə islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün Konstitusiya Assambleyası çağırılır.Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Misirin yeni hökumətinin çağırdığı Konstitusiya Assambleyası 60 gün ərzində islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün konstitusiya dəyişikliyi hazırlamalıdır.

Konstitusiya dəyişikliyi yeni hökumətin təqdim etdiyi "yol xəritəsi"nin tərkib hissəsidir.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Misirdə parlament və prezident seçkiləri keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar