Misirde insanların ölüm sebebi saxtalaşdırılır
16 Avqust 2013 Cümə 17:03
Saxta senedi imzalamayanlara ölen qohumunun meyiti tehvil verilmir.
Misirdə ölənlərin meyitləri yaxınlarına ancaq bir şərtlə verilir. Ölənlərin qohumlarının iddialarına görə, onlara ölən şəxsin intihar etdiyi ilə bağlı sənəd imzaladılır. ANS PRESS-in “Reuters”-ə istinadən verdiyi məlumata görə, həmin sənədi imzalamayanların ölən qohumunun meyiti təhvil verilmir və onun basdırılmasına icazə verilmir.

Ölənlərdən birinin qohumu Ehab Abdel Hadi adlı şəxs morqdan cənazəni almağa getdiyini, xəstəxana səlahiyyətlilərinin ondan qohumunun ölüm səbəbinin intihar olduğu ilə bağlı sənəd imzalamasını istədiklərini ancaq bunu rədd etdiyini söyləyib. Yaxınlarını itirən digər ailələr də eyni vəziyyətlə qarşılaşdıqlarını deyiblər. Xalid Əli Maud adlı şəxs yaşadıqları vəziyyəti belə izah edib:

“Sənəddə onların bibər qazından boğulduğu ya da intihar etdiyi yazılıb. İmzalamaq məcburiyyətindəyik, yoxsa onları basdırmağımıza icazə vermirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar