Misirdə iki türk jurnalist həbs olunub
18 Avqust 2013 Bazar 03:53
Jurnalistlərin “Əl-Fəth” məscidindən çıxarılaraq Tora həbsxanasına aparıldıqları bildirilir.
Anadolu Agentliyinin müxbiri Qrant Zəkəriyyə və TRT müxbiri Mətn Turanın Qahirədə həbs olunduğu və Tora Həbsxanasına göndərildikləri məlum olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qahirədə baş verən hadisələrlə bağlı reportaj hazırlamaq üçün Ramses meydanına gedən və “Əl-Fəth” məscidində bağlı qapılar arxasında qalan jurnalistlər bir az əvvəl polis tərəfindən həbs edilərək Tora həbsxanasına aparılıblar.
Anadolu agentliyinin müxbiri, polis əməkdaşları vasitəsi ilə agentliyin Orta şərq və Afrika Bölgə rəhbərliyinin Qahirə ofisinə zəng edərək, bir qrup jurnalistin və özünün həbs edilərək, Tora həbsxanasına aparıldıqlarını bildirib.
Zəkəriyyə, polislərin onları “Baltacı” adlı cinayətkar qruplardan qorumaq adı ilə polis maşınına oturulduqlarını, ancaq adı çəkilən həbsxanaya aparıldıqlarını və TRT-nin müxbiri Mətin Turanın da həbs olunanlar arasında olduğunu deyib.
Misir Daxili İşlər Nazirliyi isə bununla bağlı heç bir açıqlama verməyib. Türkiyənin Qahirə Səfirliyi isə müxbirlərin vəziyyəti ilə bağlı məlumat almaq üçün Misir Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq üzrə olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: