Misirdə iki futbolçu güllələnib
27 Yanvar 2013 Bazar 12:06
21 yaşlı futbol fanatına ölüm hökmü kəsilməsi 30 adamın həlak olduğu iğtişaşa səbəb olub
Misirin Port-Səid şəhərində dünən baş vermiş iğtişaşlarda 30 adam həlak olub və 250 nəfər zərər çəkib.
ANS PRESS «The Guardian»a istinadən bildirir ki, həlak olanlar içərisində iki futbolçu olub: "Əl-Marix" klubunun oyunçusu Mahmud Abdel Halim əl-Dizavi və "Əl-Məsri" klubunun keçmiş oyunçusu Tamer əl-Fəhla. Onlar "Əl-Marix"in bazasına gedən yolda öldürülüblər. Hər ikisi güllə yarasından keçinib.
Qəzetin yazdığına görə, "Əl-Marix"in bazası iğtişaşın baş verdiyi türmənin yaxınlığında olub. Yerli «Egypt Independent» qəzetinin yazdığına görə, hazırda Port-Səiddə vəziyyət normallaşıb və şəhərə qoşunlar yeridilib.
Port-Səiddə iğtişaş yerli məhkəmədə 21 yaşlı futbol fanatına ölüm hökmü kəsilməsindən sonra başlamışdı. O, 2012-ci ilin fevral ayında "Əl-Məsri" klubu ilə Qahirənin «Əl-Əhli» klubunun görüşü zamanı baş vermiş iğtişaşlarda iştirakına görə cəzalandırılıb. Məhkumun qohumları qərardan narazı qaldıqlarına görə türməyə hücum edərək onu çıxarmağa çalışıblar, amma bunu bacarmayıblar.
DOSTLARINLA PAYLAŞ: