Misirdə hərbi çevrilişə qarşı 22 şəhərdə nümayiş keçirilir
16 İyul 2013 Çərşənbə Axşamı 04:06
Təkcə Qahirədəki meydanlara axışanların sayı 2 milyonu keçib.
Paytaxt Qahirə ilə İskəndəriyyə başda olmaqla 22 şəhərdə “milyonluq nümayiş” təşkil edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, təkcə Qahirədəki meydanlara axışanların sayı 2 milyonu keçib.

Küçələrə axışan insanlar ölkənin seçki ilə gəlmiş ilk prezidenti Mursinin vəzifəyə qaytarılmasını və konstitusiyanın qüvvəyə minməsini tələb edirlər.

Müsəlman Qardaşlar Təşkilatının “milyonluq nümayiş” çağırışından sonra milyonlarla insan meydanlara yığışıb. Ölkə daxilində bu gün başlayan aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir.

İftardan sonra Qahirə Universiteti yaxınlığındakı Nahda meydanı, Giza bölgəsindəki Livan meydanı, Ramzes meydanı, 6 Oktyabr Körpüsü, Nasir Siti kimi bölgələrdə toplaşmağa başlayan aksiyaçılar tələbləri yerinə gətirilənədək mübarizələrinə davam edəcəklərini bildiriblər.

Ölkənin ən böyük şəhərlərindən İskəndəriyyənin Sidi Qabir və Kornəş bölgələrində insanlar toplaşmağa başlayıblar.

Ölkənin digər 20 şəhərində də aksiyalar keçirilir.

Birlikdə iftar edib, namaz qılan nümayişçilər ordu ilə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İsrail, ABŞ əleyhinə də şüarlar səsləndirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar