Misirde göz yaşardıcı qazla qetliam
19 Avqust 2013 Bazar Ertəsi 13:46
Misir hadiselerinde hebs olunanların hebsxanaya köçürülmesi zamanı baş veren qarşıdurmada 52 nefer helak olub.
Misirdə haqlarında həbs qərarı çıxarılan çevriliş əleyhdarlarının Qahirənin şimalındakı əl-Kalyubiyə regionunda yerləşən Əbu-Zabel həbsxanasına köçürülməsi zamanı baş verən qarşıdurmada 52 nəfər öldürülüb.

ANS PRESS Milliyət-ə istinadən xəbər verir ki, baş verənlərlə əlaqədar beynəlxalq araşdırmanın aparılmasını tələb edən "Çevrilişə Rədd və Məşruiyyətə Dəstək" Milli İttifaq Hərəkatı, hadisədə 52 çevriliş əleyhdarının öldüyünü, 25 nəfərin isə vəziyyətinin isə ağır olduğunu deyib. İttifaq, bütün həbsxanalardakı çevriliş əleyhdarlarının həyatına görə Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığını qeyd edib.

İttifaq, Misir rəhbərliyini çevriliş əleyhdarlarına qarşı sistematik şiddət tətbiq edilməsində və soyuqqanlı cinayətlər törətməkdə ittiham edən açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu hadisə çevriliş əleyhdarlarına qarşı amansız rəftar edildiyi xəbərlərini təsdiqləyir: "Demokratiya tərəfdarlarının məruz qaldığı bu hücum, 3 İyul çevrilişində reallaşdıranların əsassız iddialarına ən açıq cavab xarakteri daşıyır. Bu qırğının bütün məsuliyyətini başda Müdafiə naziri Abdülfəttah əs-Sisi və Daxili İşlər naziri Məhəmməd İbrahim olmaqla bütün liderlər daşımaqdadır .Hərbi çevrilişin həyata keçirildiyi 3 iyuldan etibarən işlənən və İhvan üzvlərinin öldürüldüyü bu cinayətlərlə əlaqədar beynəlxalq araşdırma aparılmasını tələb edəcəyik".

Qırğınlardan təhlükəsizlik qüvvələrini məsul tutan Azadlıq və Ədalət Partiyası Hüquq Komissiyasının sədri Muxtar əl-Əşri, Misir rəhbərliyinin çevriliş əleyhdarlarını təmizləməyə çalışdığını deyib. Əşri, bu cür hərəkətlərin qəsdən adam öldürməyə aid olduğunu və son hadisəylə bərabər çevriliş əleyhdarı nümayişçilərə qarşı işlənən cinayətlərə bir yenisinin əlavə olunduğunu vurğulayıb.

Digər tərəfdən, demokratiyanı müdafiə edənlərə qarşı yeni bir qırğın törədildiyini bildirən İhvan sözçüsü Cihad əl-Həddad, Daxili İşlər Nazirliyinin "İhvan" üzvlərinin göz yaşardıcı qazla öldürülməsi ilə bağlı açıqlamasını da qınadıqlarını bildirib.

İhvan rəsmi saytında isə hadisədə ölən 37 nəfərin adları açıqlanıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı şərh verib. Açıqlamada 612 məhbusun həbsxanaya göndərilməsi zamanı qaçmağa təşəbbüs göstərən və bir zabiti əsir alan İhvan mənsublarına təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazla müdaxiləsindən sonra 36 adamın boğularaq pldüyünü bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar