Misirdə gərginlik hələ də hökm sürür
20 Noyabr 2011 Bazar 15:30
ANS-in əməkdaşı hadisənin baş verdiyi Təhrir meydanından xəbər verir.
Misirin paytaxtı Qahirədə gərginlik bu gün də davam edir. Nümayişçilərlə xüsusi-təyinatlı dəstələr arasında yeni toqquşmalar baş verib. Etiraz aksiyasının iştirakçıları müvəqqəti olaraq Misiri idarə edən Ali Hərbi Şuradan tezliklə hakimiyyətin seçki yolu ilə seçilmiş hökumətə təhvil verilməsi tarixini açıqlamağı tələb edir.
Nümayişçilər təhlükəsizlik qüvvələrini daşa basıblar. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu barədə Misildəki toqquşmalar barədə “BakıFilm” kinostudiyasının direktor müavini, Kamran Qasımov məlumat verib: “Dünən burada etiraz aksiyaları olub. Burada Nazirlər Kabinetində bir sənəd müzakirə olunur. O sənəddə qeyd olunur ki, hakimiyyətdə ordunun rolu artırılmalıdır. Etiraz aksiyasının əsas səbəblərindən biri də budur. Amma tələblər çoxdur. Ötən gün axşamkı vəziyyət bir daha göstərir ki, Misirdə gərginlik hələ də hökm sürür”.
DOSTLARINLA PAYLAŞ: