Misirdə gərginlik bu gün də davam edir
20 Noyabr 2011 Bazar 13:50
Qahirənin Təhrir meydanına minlərlə nümayişçi toplaşır.
Misirin paytaxtı Qahirədə gərginlik bu gün də davam edir. Nümayişçilərlə xüsusi-təyinatlı dəstələr arasında yeni toqquşmalar baş verib. Etiraz aksiyasının iştirakçıları müvəqqəti olaraq Misiri idarə edən ali hərbi şuradan tezliklə hakimiyyətin seçki yolu ilə seçilmiş hökumətə təhvil verilməsi tarixini açıqlamağı tələb edir.

Nümayişçilər təhlükəsizlik qüvvələrini daşa basıblar. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən və 18 gün davam edən etirazların beşiyi olan Təhrir meydanına minlərlə adam toplaşıb.

Dünən Qahirə, İsgəndəriyyə və daha bir neçə şəhərdə kütləvi nümayişlər zamanı 2 nəfər ölüb, 676 nəfər xəsarət alıb. Bu, son aylar ərzində polislə nümayişçilər arasında baş vermiş ən sərt toqquşma olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar