Misirde gece erzinde minden çox islamçı saxlanıldı
17 Avqust 2013 Şənbə 08:35
Misirde "qezeb günü" gergin keçdi.
Misir polisi gecə ərzində mindən çox islamçını saxlayıb. ANS PRESS-in France Press-ə istinadən verdiyi məlumata görə, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Müsəlman qardaşları"ndan saxlanılanların dəqiq sayının 1004 olduğu bildirilir. Təkcə Qahirədə 558 nəfər saxlanılıb. Qeyd edək ki, ötən gün Misirin islamçı müxalifəti "qəzəb günü" elan etmişdi.
Komendant saatı tətbiq edilməsinə baxmayaraq Qahirə də daxil olmaqla minlər etrirazçı iri şəhərlərin küçələrinə axışmışdı. Polisin kütləyə odlu silahdan atəş açması nəticəsində 91 nəfərin öldüyü bildirilir.
DOSTLARINLA PAYLAŞ: