Misirdə etirazlar davam edir
27 Avqust 2013 Çərşənbə Axşamı 03:37
Misirin bir neçə şəhərində keçirilən aksiyalarda Mursinin azadlığa burxılması tələb olunub.
Misirin bir neçə şəhərində təşkil edilən etiraz aksiya və yürüşlərində ilk prezident Məhəmməd Mursinin və İhvan liderlərinin sərbəst buraxılması tələbi irəli sürülüb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Müsəlman Qardaşları” Təşkilatı (İhvan), qeyri-hökumət təşkilatları və siyasi qrupların paytaxt Qahirənin “Rabiatul Adeviyye” və “Nahda” meydanlarında təşkil etdikləri dinc aksiyalar hələ də davam edir. Çevriliş əleyhinə keçirilən aksiyalarda həbs olunan şəxslərin haqsız yerə nəzarətə alındığını iddia edən aksiyaçılar, prezident Mursi ilə birlikdə digər məhbusların şəkilləri, o cümlədən “Rabia” işarəsi və hərbi xuntanın qeyri-qanuni olduğunu bildirən plakatlar qaldırılıb.
Paytaxtdakı “Ənəs bin Malik” məscidinə toplaşan bir qrup vətəndaş isə “Məğlub olmayacağıq” şüarları səsləndiriblər. Giza şəhərində “Nur İslam” məscidinin qarşısında toplaşan başqa bir qrup isə, şəhərin mərkəzi prospektlərinə tərəf yürüş ediblər.
Helvan şəhərində keçirilən aksiyalardada “Rabia” işarəsi olan plakatlar və afişalardan istifadə olunub. Süveyşdə İhvan'ın təşkil etdiyi aksiyalarda, həbs şəkilləri və “Rabia” işarələri olan plakatlar qaldırılıb. “Xalid bin Vəlid” məscidində başlayan aksiyada isə məhbusların dərhal sərbəst buraxılması tələbi irəli sürülüb.
Şimali Sina, Minya və İsgəndəriyyə əyalətlərində də etiraz aksisiya və yürüşləri təşkil edilib.
DOSTLARINLA PAYLAŞ: