Misirdə etirazlar davam edir
14 İyul 2013 Bazar 12:51
“Müsəlman qardaşlığı” liderlərinə qarşı cinayət işi açılıb.
Misir Prokurorluğu keçmiş prezident Məhəmməd Mursi barəsində cinayət işinin başlanılması barədə açıqlama ilə çıxış edib. Misirdə müvəqqəti prezident tərəfindən buraxılmış parlamentin islamçı deputatları devrilmiş Məhəmməd Mursinin hakimiyyətə qaytarılmasını tələb edir.

Qahirənin şərqində kütləvi oturaq aksiyaya qatılan millət vəkilləri (xarici ölkələrin) parlamentlərini ordu tərəfindən təyin olunmuş yeni Misir rəhbərliyini tanımamağa çağırıb. İslamçı deputatlar, eyni zamanda, Misir ordusunu ölkədə korrupsioner və avtoritar rejimini bərpa etmək cəhdində ittiham edib.

Azadlıq və Ədalət Partiyasının sədr müavini İssam Əl-Əriyən: “Misirə və bütün ərəb ölkələrinə qarşı böyük suiqəsdlə üz-üzəyik. İstər Avropa ölkələri olsun, istərsə də ABŞ, onların regionda demokratiya qurmaq fikirləri yoxdur. Onlar yalnız şəxsi mənafelərini, başlıca olaraq da sionist dövlətin təhlükəsizliyini güdürlər”.

Bu arada, Misir Pkurorluğu prezident Mursiyə qarşı cinayət işinin açılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilr ki, Mursidən savayı “Müsəlman qardaşlar”ın Təşkilatın lideri Məhəmməd Badia da daxil olmaqla, digər 8 üzvünə qarşı da aparılacaq. Cinayət işinin başlanmasına səbəb olan iddiaçıların şəxsiyyəti açıqlanmır. Məhəmməd Mursi casusluq, zorakılığa təhrikçilik və dövlətin iqtisadiyyatına ciddi zərər vurmaqda ittiham olunur.

Bu arada, Qahirədə Rəbəəl Ədəviyə məscidi yaxınlığında minlərlə Mursi tərəfdarı, onun həbsdən azad edilməsi və prezident postuna qaytarılması tələbi ilə gecə saatlarında da etirazları davam etdirir. Mursi tərəfdarları və islamçı müttəfiqlər, 2 həftə əvvəl milyonların etirazından sonra baş vermiş hərbi çevrilişi israrlı şəkildə rədd edir. Qahirədə bir sıra kütləvi mitinqlər keçirən etirazçılar, Məhəmməd Mursinin hökumət başına qaytarılmadıqca küçələri tərk etməməklə hədələyir.

Qeyd edək ki, “Müsəlman qardaşlığı”ndan olmuş Məhəmməd Mursi Misir dövlətçilik tarixində ilk demokratik və müstəqil yolla seçilmiş prezident sayılır. Milyonlarla insanın Mursi hökumətinə qarşı kütləvi etirazlarından sonra, ordu Mursini legitim vəzifəsindən kənarlaşdırıb və növbədənkənar seçkilərə qədər müvəqqəti prezident təyin edib. Məhəmməd Mursi həbs olunandan sonra milli ordu birləşmələrinin nəzarəti altında məxfi yerdə saxlanılır. Bu günədək ona qarşı heç bir ittiham irəli sürülməmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar