Misirdə etirazçılar yenidən coşdu
10 Fevral 2011 Cümə Axşamı 16:05
Minlərlə fəhlə parlament binasını mühasirəyə alıb
Misir prezident Hüsnü Mübarək əleyhinə üsyanının 19-cu gününə qədəm qoyub. Ölkədə etirazçılara 3 mindən artıq dəmiryolçu və müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri də qoşulub. Onların ümumilikdə təqribən 20 min olduğu bildirilir. Tətil edən dəmiryolçular Nəqliyyat Nazirliyindən əmək haqlarının yüksəldilməsini və iş şəraitinin yaxşılaşdırılmasını, eyni zamanda prezident Hüsnü Mübarəkin və hökumətin istefasını tələb edirlər.

Tətillərlə əlaqədar olaraq qatarların hərəkəti dayanıb. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, bu gün dəmir yolu fəhlələrinə sürücülər və milli avtobus daşınması əməkdaşları da qoşulmalıdır. Bundan öncə isə Süveyş kanalı fəhlələri aksiyalara başlamışdılar. Onlar da əmək haqqının artırılmasını tələb edirlər.

Etirazçıların əksər hissəsi Qahirənin Təhrir meydanına, bir qismi isə parlament binasının qarşısına toplaşıblar. Yerli mətbuatın məlumatına görə, hazırda parlament binası mühasirəyə alınıb. Etirazçılar bina qarşısında çadırlar qurublar və və tələbləri qəbul olunmayanadək parlamentə heç kimi buraxmayacaqlarını” bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar