Misirdə dəhşət: 47 uşaq öldü
17 Noyabr 2012 Şənbə 14:37
Yük qatarı ilə məktəb avtobusu toqquşub
Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən Asyut şəhərində dəhşətli yol qəzası baş verib. Yük qatarının Manfalut şəhərindən gələn sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 47 uşaq ölüb, bir neçə nəfər də yaralanıb. Ümumilikdə məktəb avtobusunda 60 şagird olub.
Misirin MENA agentliyinin məlumatına görə, qəza ilə əlaqədar Misirin nəqliyyat naziri Məhəmməd Rişad əl-Mətini istefa verib. Nazir baş verən hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Bundan başqa, Misir dəmiryol təşkilatının rəhbəri də istefa ərizəsini prezident Məhəmməd Mursiyə təqdim edib.
Qəzanın səbəbi hələlik məlum deyil. Səbəblərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Həmçinin zərərçəkənlərin və ölənlərin ailələrinə yardım komitəsi də formalaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: