Misirdə donuz qripinin yayılmasının qarşısını almaq məqsədilə təxirəsalınmaz tədbirlər görülməyə başlayıb və ölkə ərazisindəki donuzların məhv edilməsi barədə qərar qəbul edilib. «İnterfaks»ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Misirin səhiyyə naziri Hatəm əl-Həbəli deyib. Bu barədə qərar səhiyyə nazirinin ölkə başçısı Hüsni Mübarəklə görüşündən sonra qəbul edilib.
Qeyd edək ki, bir gün əvvəl Misir parlamentinin üzvləri də donuzların məhv edilməsi təşəbbüsü ilə çıxış etmişdilər. Parlamentarilər həmçinin hökuməti bütün donuzçuluq fermalarını ətrafdan təcrid etməyə çağırımışdılar.
Xatırladaq ki, Misirdə ümumilikdə 350 min baş donuz var. Artıq Livan, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ərəb ölkələri donuzların ölkəyə idxalına qadağa qoyublar. /ANS PRESS/