Misirdə biryaşlı qız quş qripinə yoluxub
31 May 2009 Bazar 10:55
Uşaq xəstə quşla əlaqədə olub

 

Artıq quş qripinə yoluxma ilə bağlı 77-ci hal qeydə alınıb. MENA agentliyinin məlumatına görə, təhlükəli H5N1 virusu Misirdə bir yaşlı körpə qız uşağına da yoluxub.
Hazırda körpə xəstəxanalardan birinə yerləşdirilib. Xəstənin vəziyyəti stabil qiymətləndirilir. Verilən məlumata görə, uşaq xəstə quşla əlaqədə olub.
Xatırladaq ki, bu ilin aprel ayından Misirdə 16 nəfər bu qripə yoluxub. Onlardan dördü artıq dünyasını dəyişib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar