Misirdə Amerika QŞT-lərinin ofislərində axtarış aparıldı
30 Dekabr 2011 Cümə 01:16
Hərbi xunta ölkədə inqilabi əhval-ruhiyyənin xaricdən maliyyələşdirilməsi faktını araşdırır.
Misirdə Amerika qeyri-hökumət təşkilatlarının şöbələrində atarış aparılıb. Polis və prokurorluq əməkdaşları ölkədə vəliyyət göstərən vətəndaş cəmiyyətinin inkişafı təşkilatlarının ofislərində axtarışı inqilabi əhval-ruhiyyənin əcnəbilər tərəfindən maliyyələşdirilməsi şübşəsi ilə əlaqədar aparıblar. Axtarışa əsasən ABŞ Milli Demokratiya və Beynəlxalq Respublika İnstitutunun ofisləri məruz qalıb.
“Onlar bütün sənəd və noutbukları müsadirə edirlər”, - MDİ-nin əməkdaşlarından biri “Reuters”ə bildirib. QHT əməkdaşlarına axtarış zamanı ofisləri tərk etmək qadağan olunub.
Qeyd edək ki, Misirdəki hərbi xunta insan hüquqları ilə məşğul olan təşkilatların fəaliyyətinin araşdırılacağını bildiriblər. Rejim bəyan edib ki, ölkənin daxili işlərinə xaricdə müdaxiləyə yol verilməyəcək.
Xatırladaq ki, dekabrda Misirin paytaxtı Qahirədə nümayişçilərlə təhlkəsizlik qüvvələri əməkdaşları arasında baş vermiş toqquşmalar zamanı 17 nəfər ölüb.
DOSTLARINLA PAYLAŞ: