Misirde aksiyaçılara yene ateş açılıb
09 Sentyabr 2013 Bazar Ertəsi 08:36
Misirin Ədliyyə Tibbi Araşdırmalar Mərkəzi, aksiyaçıların hökumət qüvvələri tərəfindən öldürüldüyünü sübut etdi.
Misirdə baş verən hadisələr zamanı öldürülən aksiyaçılarla bağlı Məhkəmə Tibbi Araşdırmalar Mərkəzi açıqlama verib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tibbi mərkəz, aksiyaçıların silahdan atəş açılaraq qətlə yetirildiyini bildirib. Hesabat artıq Misir baş prokuroruna təqdim edilib.

Hesabatda göstərilir ki, ölənlərdən çoxu başlarına açılan atəş nəticəsində qətlə yetirilib. Digərlərinin isə bədənlərinin müxtəlif nahiyələrindən aldıqları ağır yaralar nəticəsində, və ya daxili qanxma nəticəsində öldürüldüyü bildirilir.

Qeyd edək ki, "Müsəlman Qardaşları" Təşkilatı (İxvan), ordunu çevriliş əleyhdarlarını qətlə yetirməkdə ittiham edirdi. Daxili işlər naziri Məhəmməd İbrahimi isə, aksiyaçıların yüksək binalardan təhlükəsizlik qüvvələrini atəşə tutduqlarını, İxvan liderlərinin, onları dəstəkləyənlərə polis məntəqələrinə hücukm etmək üçün əmrlər verdiklərini və polisin aksiyaçılara bir güllə belə atmadıqlarını iddia edirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar