Misirdə 12 televiziyanın yayımı dayandırılıb
20 Oktyabr 2010 Çərşənbə 10:40
Daha 20 telekanala isə xəbərdarlıq olunub.
Misir hakimiyyəti verilən lisenziya pozuntusu ilə əlaqədar olaraq 12 müstəqil televiziyanın yayımını dayandırmaq barədə qərar qəbul edib. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, daha 20 telekanala isə xəbərdarlıq edilib.

Misirin informasiya nazirinin sözlərinə görə, yayıma qadağa Misir və ərəb seyrçilərinin “təhqiredici məzmunlu efir”dən müdafiəsi üçün həyata keçirilən “düzəliş tədbirləri”nə daxildir. O bildirib ki, sözügedən telekanalların efirlərində insanların dini hisslərini təhqir edən materiallar olub.

Ölkə müxalifəti və hüquq müdafiəçiləri isə bu tədbirlərin noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirildiyini bildirirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar