Misir xalqının Ərdoğana sevgisi
03 Avqust 2013 Şənbə 11:36
Hərbi çevriliş əleyhdarları dəstəyə görə, Türkiyəyə və Ərdoğana dərin təşəkkürlərini bildiriblər.
Meydanlarda hərbi çevrilişə qarşı müqaviməti davam etdirən Misir xalqı,Türkiyənin və baş nazir Rəcəb Tayyib Ərdoğanın verdiyi dəstəyə laqeyd qalmayıb.
ANS PRESS-in Türkiyənin Sabah qəzetinə istinadən verdiyi xəbərə görə, iyulin 3-də baş tutan hərbi çevrilişlə seçilmiş ilk prezident Məhəmməd Mursinin vəzifəsindən uzaqlaşdırılmasına qarşı aksiyalar hələ davam etməkdədir.
Qahirənin “Rabiatül Adeviyye” və “Nahda” meydanlarında bir aydan artıqdır oturaq aksiyaya keçən etirazçılar, verilən dəstəyə görə Türkiyəyə və Baş nazir Ərdoğana ünvanlanmış tərif plakatlarını əllərindən buraxmaq istəmirlər.
DOSTLARINLA PAYLAŞ: