Misir ve Felestin Hemasa qarşı sui-qesd hazırlayır
02 Sentyabr 2013 Bazar Ertəsi 01:51
Hemas herekatından, Misirin yeni hökumetine qarşı sert ittihamlar.
Fələstinin Qəzza bölgəsində fəaliyyət göstərən Həmas hərəkatının nümayəndəsi Salah əl-Berdevil, Misirin yeni hökumətinə qarşı sərt ittihamlar səsləndirib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Salah əl-Berdevil bildirib ki, Misir hökuməti Fələstin rəhbərliyi ilə birləşərək Həmasa qarşı kampaniyalara başlayıb: "Ancaq bu kampaniya həm Fələstin xalqına, həm də Qəzzaya zərər verir".

Berdevilin fikrincə, Qərb Şəriyə hökuməti Həmas hökumətini devirmək üçün bütün qüvvələri səfərbərliyə alıb: "Misirin yeni hökuməti Həması, Misirdəki "Müsəlman Qardaşları" Təşkilatının bir parçası kimi gördüyü üçün cəzalandırmağa çalışır. Misir mətbuatı isə peşə və əxlaqi dəyərləri heçə sayaraq yaydığı yalan xəbərlərlə Fələstin və Qəzzanın imicinə zərbə vurmağa çalışır. Təhlükəsizlik sahəsində isə tunelləri yıxaraq İsrailin Qəzzaya tətbiq etdiyi embarqonun daha da şiddətlənməsinə səbəb olur".

O, həm də İsrailin tətbiq etdiyi embarqo səbəbindən böyük çətinlikliklərlə üzləşdiklərini vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar