Misir Şimali İraqda konsulluq açır
05 Oktyabr 2010 Çərşənbə Axşamı 07:10
Misir Ərəb Respublikası Şimali İraqda konsulluq açır.
“İxbar əl-İraq” saytının yaydığı məlumata görə, Misir xarici işlər nazirinin müavini Məhəmməd Qasım rəhbərliyində Şimali İraqa səfər edən Misir heyəti Ərbil vilayətində yerli idarənin baş naziri Barham Salehlə görüşüb. Görüş vaxtı Ərbil şəhərində açılacaq konsulluq, qarşılıqlı ticarət və təyyarə səfərləri müzakirə olunub.
Görüşdən sontra mətbuata açıqlama verən Şimali İraq yerli idarəsinin baş naziri Barham Saleh Misirin bu bölgədə konsulluq açmaq fikrindən razı qaldığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: