Misir səfirliyi daş-qalaq edildi
24 Yanvar 2010 Bazar 21:50
Beyrutda izdihamlı nümayiş keçirilib. Misir səfirliyi daş-qalaq edildi.
Livanın paytaxtı Beyrutda bir qrup insan Misir səfirliyi qarşısında toplaşaraq rəsmi Qahirənin Qəzza zolağında sədlərin tikilməsinə əleyhinə nümayiş keçirib. Polislərin müdaxiləsi nəticəsində isə nümayişçilər daha da hiddətlənərək onlara daş atıb. Polislə nümayişçilər arasında yaranan toqquşma nəticəsində ən azı üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları bildirilir. Rəsmi məlumatlara görə, nümayişdə 200-dən çox insan iştirak edib.
Şahidlərin sözlərinə görə, nümayişçilər polis tərəfindən qurulan barrikadaları aşaraq səfirliyin binasına soxulmağa cəhd göstərib. Qəzəbli insanlar səfirlik binasına daş atıb.
Qeyd edək ki, Misir ötən il üç gün müddətinə Qəzza bölgəsi ilə sərhədi açmışdı. Hökumət humanitar yardım məqsədi ilə fələstinlilərin gediş-gəlişini təşkil etmək üçün bu addımı atmışdı.
Sərhəd-keçid planına əsasən, 2 gün ərzində iki min insan, yəni Qəzza sakinləri və xarici ali məktəblərdə təhsil alan tələbələr, o cümlədən xəstəxanalarda müalicə alan 400-ə yaxın şəxs keçə bilərdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: