Misir Qəzza ilə sərhədini açdı
01 İyun 2010 Çərşənbə Axşamı 17:35
Misir Qəzza ilə sərhədini açdı. Prezident Hüsnü Mübarək bu barədə sərəncam imzalayıb.
Misir prezidenti Hüsnü Mübarək Qəzza Zolağı ilə sərhəddə yerləşən Rəfah sərhəd-keçid məntəqəsinin açılması barədə sərəncam imzalayıb. Misirin MENA agentliyinin məlumatına görə, qərar sözügedən əraziyə humanitar yardımın aparılması, həmçinin müalicəyə ehtiyacı olan şəxslərə yardım göstərilməsi məqsədi ilə qəbul olunub.

Qeyd edək ki, İsrail HƏMAS-ın hakimiyyəti altında olan Qəzzanı mühasirədə saxlayır.

Xatırladaq ki, İsrail xüsusi təyinatlıları mayın 31-i gecə saatlarında “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə mühasirədə olan Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmanın ələ keçirilməsi istiqamətində əməliyyat aparıb. Guya edilən xəbərdarlıqdan sonra İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərə desant çıxarıblar.

Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar var. İsrail tərəfinin verdiyi rəsmi məlumatlara görə, insident nəticəsində 9 nəfər ölüb, 25 nəfər yaralanıb, qeyri rəsmi məlumatlara görə, isə yaralıların sayı daha çoxdur. Digər məlumatlara görə, insident nəticəsində 19 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Qərb mətbuatı yazır ki, gəmilərdə əksəriyyəti Türkiyə vətəndaşları olmaqla yanaşı ABŞ, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Kanada, Malayziya, Əlcəzair, Serbiya, Belçika, İrlandiya, Norveç, İçveç, Almaniya nümayəndələri də olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar